Ferrari-nin bonusu sabit olacaq?

Son illər Ferrari komandası mövsümün sonunda mükafat fondunun bölünməsi zamanı bonus alırdı. Qeyri-rəsmi məlumata görə, söhbət ümumi mükafat fondunun 2.5%-indən […]

Son illər Ferrari komandası mövsümün sonunda mükafat fondunun bölünməsi zamanı bonus alırdı. Qeyri-rəsmi məlumata görə, söhbət ümumi mükafat fondunun 2.5%-indən gedirdi, amma əvvəlcə mükafat fonundan komandanın Mühəndislər Kubokunda mövsümün yekununda tutuduğu yerə görə aldığı pay çıxılırdı.

Mükafat fondunun illik artımı təxminən 5%-dir, qüvvədə olan Razılıq Müqaviləsinə əsasən komandalara mükafat iki sxem üzrə bölüşdürülürdü. Birinci sxemə əsasən son iki ildə Mühəndislər Kubokunda ilk onluğa daxil olan hər bir komanda təxminən 30 milyon dollar alırdı. İkinci sxemə əsasən hər bir komanda tutduğu yerə görə xüsusi şkala ilə mükafat alırdı, yəni birinci yerə görə 19%, onuncu yerə görə 4%.

Məsələn, keçən ilin nəticələrinə görə, çempion Red Bull komandası cəmi 93.1 milyon dollar qaznıb, Ferrari komandası isə xüsusi bonusu da nəzərə almaqla 104.6 milyon dollar.

Şayiələrə görə, gələn ildən qüvvəyə minəcək yeni Razılıq Müqaviləsində mükafatın bölünmə sxemi sadələşdiriləcək. Ferrari mükafat fondundan faiz almayacaq, yəni komandanın bonusu sabit olacaq və 50 milyon dollar təşkil edəcək. McLaren və Red Bull komandaları üçün sabit bonus 35 milyon dollar həcmində nəzərdə tutulub. Digər komandalar üçün də bonuslar planlaşdırılıb, amma əlavə şərtlər də qoyulub, məsələn, son üç ildə adını dəyişmiş komandalar bonus almayacaqlar, məhz bu bəndlə Mercedes AMG komandası razı deyil.

Razılıq Müqaviləsini imzalamaqla komandalar çempionatda iştirak etməyə boyun olurlar, bununla da Berni Ekksltouna yarışların yayım hüququnu şirkətlərə satmaq, traslardan yarış pulu yığmaq haqqı verirlər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*