C.Rassell: Yeniliklər dünyanı dəyişməyəcək

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, İmolaya gətirəcəkləri yeniliklər dünyanı dəyişdirməyəcək.

F-1.az xatırladır ki, “gümüşü oxlar” sonuncu Mayami yarışında Ferrari-ni qabaqlayıblar və həm Ferrari-dən, həm də Aston Martin-dən çox xal toplayıblar. Onlar İmolaya tamamilə yeni bir paketlə gələcəklər. Buna görə də Enzo və Dino Ferrari adına olan trasda Mercedes-in göstərəcəyi performans hamıya maraqlıdır.

Corc Rassell: “Hazırda harada olduğumuzu bilmirik. İmola yeni həftəsonudur. Boliddə bəzi yeniliklər olacaq. Ümid edirəm ki, yaxşı işləyərlər. Qısa müddətdə dünyanı dəyişməyəcək, amma ümid edirəm ki, doğru yöndə atılmış addım olar.

Özümüzü çox ümidləndirməməliyik. İşimizi trasda görməliyik. Oraya getdiyimizdə yeniliklərin necə işləyəcəyini görəcəyik. Ümid edirəm ki, yaxşıdırlar. Cümə günü səhər hər şey məlum olacaq”.

Qeyd edək ki, Mercedes komandası hazırda 96 xal toplayıb və Mühəndislər Kubokunda üçüncü yerdədir.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*