Ferrari M.Uebberə maraq göstərir?

Londonun The Sun qəzeti heç bir mənbəyə istinad etmədən maraqlı bir versiya irəli sürüb: Ferrari-nin rəhbərliyi yalnız Robert Kubitsa ilə […]

Londonun The Sun qəzeti heç bir mənbəyə istinad etmədən maraqlı bir versiya irəli sürüb: Ferrari-nin rəhbərliyi yalnız Robert Kubitsa ilə deyil, həm də Mark Uebberlə maraqlanır – Mark son Qran Pridə qələbə qazanıb və polşalı sürücü kimi Fernando Alonso ilə yaxşı münasibətdədir.

İstisna deyil ki, gələn il Skuderiya Felipe Massadan imtina edəcək, braziliyalı sürücü komanda yoldaşına aşkar uduzur və komanda artıq ispaniyalı ikiqat dünya çempionuna üstünlük verir.

Massa və Uebberin komandaları ilə müqavilələri ilin sonunda başa çatır və şayiələr gəzir ki, avstraliyalı sürücü Red Bull-la əməkdaşlığını uzada və ya hər-hansı bir top-komanda ilə yeni müqavilə bağlaya bilməsə, şlemini mismardan asacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*