M.Uebber istefa barədə düşünmür

Avstraliya uik-endi ərəfəsində Vodafone şirkətinin Sidneydə keçirdiyi tədbirdə Lyuis Həmilton jurnalistlərə bildirib ki, Mark Uebber bu il karyerasını başa vuracaq. […]

Avstraliya uik-endi ərəfəsində Vodafone şirkətinin Sidneydə keçirdiyi tədbirdə Lyuis Həmilton jurnalistlərə bildirib ki, Mark Uebber bu il karyerasını başa vuracaq. Bu gün avstraliyalı sürücü bu şayiələri təkzib edib…

Mark Uebber: “Hər kəsin öz fikri və rəyi ola bilər. Lyuis bildiyini deyib və bu problem deyil. Mənim motivasiyam var, komandada işimdən həzz alıram və səbirsizliklə növbəti yarışı gözləyirəm. Mən həmişə yarışlara belə yanaşmışam, heç nə dəyişməyib. Mən yaxın illərdə çempionatı tərk etməyi düşünmürəm və komandada işləməyimə şadam.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*