Ferrari Melburnda KERS-dən istifadə etməyi planlaşdırır

Britaniyanın Autosport qəzeti bu gün yazıb ki, Ferrari Melburnda KERS-dən istifadə edəcək ikinci komanda ola bilər. jurnalistlərin əldə etdikləri məlumatlara […]

Britaniyanın Autosport qəzeti bu gün yazıb ki, Ferrari Melburnda KERS-dən istifadə edəcək ikinci komanda ola bilər. jurnalistlərin əldə etdikləri məlumatlara görə, skuderiya Avstraliya Qran Prisinə KERS-lə təchiz olunmuş iki F60 hazırlayıb. İndiyə qədər mövsümün ilk yarışında KERS-dən istifadə edəcəkləri barədə yalnız Renault bildirib, BMW Sauber komandasında sistem tam hazır olsa da, komanda hələ qərar qəbul etməyib.

Hələ uzaq yanvar ayında Ferrari-nin texniki direktoru Aldo Kosta jurnalistlərə hadisələrin iki variantda cərəyan edə biləcəyindən söyləmişdi. Komanda istənilən halda KERS-i Melburna hazırlayırdı, amma maşınların yarışa sistemsiz buraxılması variantı da unudulmamışdı.

Aldo Kosta: “Məqsəd onda idi ki, mövsümün ilk yarışına işlək və effektiv sistem hazırlayaq, amma B planı da var idi – maşının eyni versiyası KERS-siz hazırlanırdı.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*