18 Sentyabr 2019, Çərşənbə - 07:49

Ferrari F2000 hərraca qoyulub

Ferrari F2000 hərraca qoyulub

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:21 - 03 May, 2012

Gələn həftənin cümə və şənbə günləri Monakoda ənənəvi avtomoto hərracı keçiriləcək, hərracda onlarla nadir avtomobilin satılması nəzərdə tutulub… Məsələn, lotlar […]

Gələn həftənin cümə və şənbə günləri Monakoda ənənəvi avtomoto hərracı keçiriləcək, hərracda onlarla nadir avtomobilin satılması nəzərdə tutulub…

Məsələn, lotlar arasında Lə Manda start almış Peugeot 908 HDİ FAP dizel sportkarını, əfsanəvi Maserati 250F yarış maşını görmək olar – 58 il əvvəl məhz bu maşınla Xuan Manuel Fanxio ikinci titulunu qazanmışdı.

Amma hərracın əsas satış məhsulu 346 nömrəli lot hesab olunur: Ferrari F2000, 204 nömərli şassi, məhz bu maşının sükanı arxasında 2000-ci ildə Mixael Şumaher 3-cü titulunu qazanamqla Skuderiyanın iyirmiillik titulsuz fəaliyyətinə son qoymuşdu. Maraqlıdır ki, maşın əvvəllər komandanın o zamankı başçısı Jan Todta məxsus olub.

Hərracın kataloqunda deyilir ki, maşın 2008-ci ildə Ferrari-nin Maranellodakı bazasında bərpa olunub və 820 at qüvvəsi olan motorla təchiz olunub. Lotun təxmini qiyməti 680-850 min Avrodur.

Lotlar arasında daha bir Formula1 maşını da var – 1978-ci ildə Williams komandasına Alan Consla ilk titulu qazandırmış Williams FW06 şassisi 475 at qüvvəsi olan Ford-Cosworth DFV motoru ilə satılır, təxmini qiyməti isə 480-580 min Avrodur…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 314
Teqlər
Paylaş

logo