14 Oktyabr 2019, Bazar ertəsi - 02:40

P.Zauber: “Biz McLaren-dən heç nəyi nüsxələməmişik”

P.Zauber: “Biz McLaren-dən heç nəyi nüsxələməmişik”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:38 - 27 Mart, 2010

Bu gün Sauber komandası səhər yürüşlərində arxa antiqanadın effektliyini dəyişən hava kanalını yoxlayıb. Auto Motor und Sport-a müsahibəsində komandanın başçısı […]

Bu gün Sauber komandası səhər yürüşlərində arxa antiqanadın effektliyini dəyişən hava kanalını yoxlayıb. Auto Motor und Sport-a müsahibəsində komandanın başçısı Peter Zauber bildirib ki, bu element McLaren-dəkinin nüsxəsi deyil, komandanın müstəqil işidir…

Peter Zauber: “Biz McLaren-dən heç nəyi nüsxələməmişik, belə qısa müddət ərzində bunu eləmək heç mümkün də deyil. Bu sistemi bizim mühəndislər hazırlayıblar – bu element lap rəqiblərimizdəki elementə oxşasa belə, bu bizim eyni istiqamətdə irəlilədiyimizi göstərir.”

mc9
Sauber-in sistemi həqiqətən McLaren-dən fərqlənir, həm havanın daxil olma və xaric olma dəliklərinin yerləşməsinə görə, həm də iş prinsipinə görə…

Villi Rampf: “Biz bu istiqamətdə çoxdan işləyirik və McLaren-in sistmeini heç vaxt nümunə kimi götürməmişik. Biz arxa antiqanadın effektliyini dəyişmək imkanlarını axtarırdıq, əminəm ki, indi hamı bu istiqamətdə işləyir, amma biz əvvəl başlamışıq, ona görə də yeniliyi artıq bu gün sınaqdan keçirdik.

Bizim sistem başqa prinsip əsasında işləyir, sistem avtomatikdir. Biz əvvəldən sürücünün iştirakını istisna etmişik, çünki inanmırdıq ki, FİA sürücülərə kanalı açıb-bağlamağa icazə verəcək. Bizim versiyada prosesi sürücü deyil, hava axını özü idarə edir, amma burada heç bir klapan və ya qadağan olunmuş hərəkətli element yoxdur.

Müəyyən təzyiq altında lazımi effekt yaranır, bu bizim sistemin zəif yeridir – McLaren-dən fərqli olaraq antiqanadın effektliyinin dəyişməsi anı fiksasiya olunmayıb. Sürücü dizi ilə hava kanalını tutan an bir növ sistemi söndürür, məsələn, döngədən çıxan anda dizini çəkir və sistemi işə salır. Amma bizim sistemdə düz yola döngədən çıxarkən sürət müəyyən həddə çatmayınca sistem işə düşməyəcək.”

Red Bull komandasının texniki direktoru Ədrian Nyui təəccüblənib ki, Sauber nə qədər tezliklə belə bir sistemi hazırlaya bilib…

Ədrian Nyui: “Mənim bildiyimə görə, reqlment şassidə yeni dəlik açmağa icazə vermir. Qarşıdan hava axınının daxil olması üçün mövcud dəliklərdən birindən istifadə etmək olardı, bəs arxadan hava hardan çıxır? Hava axınını kazımi istiqamətə yönləndirmək üçün orda mütləq dəlik açılmalı idi.”

Villi kolleqasının sualına belə cavab verib…

Villi Rampf: “Hava axının çıxması üçün biz kabel sisteminin dəliklərindən birindən istifadə etmişik – bizim şassidə bu dəliklər kifayət qədər böyükdür, hava kanalı rahat yerləşir, havanın daxil olması üçün isə pantonun üstü seçilib, panton şassidən sayılmır.

Təəssüf ki, bu gün biz tam məlumat toplaya bilmədik, amma gələn sərbəst yürüşlərdə bu istiqamətdə işimizi davam etdirəcəyik.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 288
Teqlər
Paylaş

logo