C.Batton McLaren-in test sürücüsü olacaq

McLaren komandasının idman direktoru Erik Bulye bildirib ki, Censon Batton yeni mövsümdə komandanın test sürücüsü olacaq.

F-1.az xatırladır ki, britaniyalı sürücü 2015 və 2016-cı illərdə McLaren komandasının inkişafı üçün çox işləmişdi.

2009-cu ildə Formula1 üzrə Dünya çempionu olmuş Batton 2016-cı ilin sentyabrında idmandan birillik getdiyini açıqlasa da, daha sonra verdiyi açıqlamada Formula1-ə qayıtmayacağını demişdi.

Erik Bulye: “Yeni mövsümdə test sürücümüz Censon Batton olacaq. Bizimlə simulyatorda məşq edəcək və işləyəcək. Bolidin inkişafında bizə kömək edəcək. O artıq McLaren-in səfirlərindən biridir və çox vaxt boksda olacaq. Bu vəzifəni qəbul etdiyi üçün sevincliyəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*