McLaren sürücüləri Braziliyadan xal almaq istəyirlər

McLaren komandasının sürücüsü Censon Batton bildirib ki, Braziliya yarışında xal almaq istəyir.

F-1.az xatırladır ki, Batton Meksika yarışında pis çıxış edərək, xal ala bilməmişdi…

Censon Batton: “Təqvimdə bəzi önəmli yarışlar var. Braziliya da bunlardan biridir. Burada yarışmağın ayrı həzzi var. Ümid edirəm ki, burada Meksikaya nisbətən daha yaxşı iş görüb, xallar alarıq. Mövsümün bitməsinə iki yarış qalıb. Hazırda ancaq İnterlaqosdakı yarışı düşünürük. Burada mükəmməl azarkeşlər var və onlara gözəl şou təqdim etmək istəyirik”.

Fernando Alonso da yaxşı nəticə almaq istəyir: “Meksikadakı pis keçən yarışdan sonra Braziliyada daha güclü olmaq istəyirik. Sərbəst yürüşləri yaxşı dəyərləndirib, sıralanma turuna yaxşı hazırlanmaq istəyirik. Ümid edirəm ki, hər şey istədiyimiz kimi gedər və xallar ala bilərik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*