25 Avqust 2019, Bazar - 22:33

C.Batton: “Vandorn təzyiqə məruz qala bilər”

C.Batton: “Vandorn təzyiqə məruz qala bilər”

Müəllif: Rauf Hacıyev, redaktor

16:10 - 25 Sentyabr, 2016

Censon Batton bildirib ki, 2017-ci ildə Vandornun üzərində daha çox təzyiq olacaq…

F-1.az xatırladır ki, Vandorn gələn mövsümdən etibarən Battonu əvəz edəcək və Fernando Alonsonun komanda yoldaşı olacaq. Censon Batton müqaviləyə əsasən 2018-ci ildə McLaren-də yarışa bilər və bu hal belçikalı sürücünün üzərindəki təzyiqi artırır.

Censon Batton da bunu düşünür: “Düzünü deyim ki, Stoffelin karyerasında çox uğurlar var. Amma McLaren-də yarışan sürücülərin çoxusu uğurlu olublar. Stoffel 2013-cü ildən McLaren-dədir və öyrənir. Bu il mənim və Fernandonun kölgəsində qalsa da, bütün yarışlarda iştirak etdi.

Çox şey öyrəndi, amma McLaren-də yarışmaq üçün öyrənməli olduğu çox şey var. Ümid edirəm ki, yaxşı işlər görə bilər. Əgər bacarsa, yaxşı karyerası ola bilər. Amma debüt ilində istənilən nəticələri qazana bilməsəniz, üzərinizdəki təzyiq arta bilər. Bundan başqa arxa planda mən də varam. Mən də sürücüyəm və 2018-ci il üçün müqaviləm var”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 288
Teqlər , , ,
Paylaş

logo