18 İyun 2019, Çərşənbə axşamı - 21:17

F.Alonso və R.Qrojan avtoqraf sessiyasına gəlməyiblər

F.Alonso və R.Qrojan avtoqraf sessiyasına gəlməyiblər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:06 - 22 Avqust, 2009

Fernando Alonso və Roman Qrojan FİA tələblərini pozaraq bugünkü avtoqraf sessiyasına gəlməyiblər, ona görə də stüardların yanına çağrılıblar, bundan sonra […]

Fernando Alonso və Roman Qrojan FİA tələblərini pozaraq bugünkü avtoqraf sessiyasına gəlməyiblər, ona görə də stüardların yanına çağrılıblar, bundan sonra federasiyanın mətbuat xidməti reliz yayıb…

Relizdə deyilir: “FİA-nın mətbuat nümayəndəsi Avropa Qran Prisinin stüardlarına bildirib ki, 7 və 8 nömrəli maşınların sürücüləri avqustun 21-də avtoqraf sessiyasına gəlməyiblər, hərçən bu barədə onlara iyulun 31-də xəbər verilmişdi. Stüardlar İNG Renault F1 Team komandasına və sürücülərə xatırladıblar ki, onlar İdman Reqlamentinin 35.2 maddəsinə əməl etməlidirlər.

Amma stüardlar komandanın nümayəndələrinin və sürücülərin izahatlarını dinlədikdən sonra cərimə tətbiq etməməyi qərara alıblar.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 216
Teqlər
Paylaş

logo