21 Sentyabr 2019, Şənbə - 17:19

F.Alonso: “Ötmək əvvəlki kimi çətin olacaq”

F.Alonso: “Ötmək əvvəlki kimi çətin olacaq”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

13:42 - 15 Fevral, 2011

Ferrari komandasının sürücüsü Fernando Alonso hesab edir ki, qarşıdakı mövsümdə ötmələri artırmaq məqsədilə arxa antiqanadın hərəkətli elementinin tətbiq olunmasına baxmayaraq, […]

Ferrari komandasının sürücüsü Fernando Alonso hesab edir ki, qarşıdakı mövsümdə ötmələri artırmaq məqsədilə arxa antiqanadın hərəkətli elementinin tətbiq olunmasına baxmayaraq, yarışda ötmək əvvəlki kimi çətin olacaq…

Fernando Alonso: “Əgər qarşıdakı maşın cəmi 0.1 saniyə sənin maşınından yavaş olarsa, onda sənə heç hərəkətli arxa antiqanad da kömək etməyəcək. Bu element yalnız kəskin sürət fərqində kömək edəcək.

Yəqin belə bir yeniliyin tətbiqində məqsəd daha yavaş olan maşını ötməkdir, məsələn, Abu Dabidə mənimlə Vitaliy Petrov arasında olan mübarizə kimi. Lakin liderlər arasında ötmək əvvəlki kimi çətin olacaq.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 279
Teqlər
Paylaş

logo