21 Sentyabr 2019, Şənbə - 06:57

Red Bull FİA-nı baykot etməyə hazırdır

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

09:52 - 18 May, 2009

Keçən həftə ToyotaF1 komandasının başçısı və FOTA-nın vitse prezidenti Con Hauett bildirmişdi ki, əgər FİA büdcənin məhdudlaşdırılması məsələlərini qaydaya salmasa […]

Keçən həftə ToyotaF1 komandasının başçısı və FOTA-nın vitse prezidenti Con Hauett bildirmişdi ki, əgər FİA büdcənin məhdudlaşdırılması məsələlərini qaydaya salmasa və bununla da iki relqmanetin paralel yaşamasına razılıq versə, onda onun başçılıq etdiyi komanda gələn mövsüm çempionatda iştirak etmək üçün ərizə verməkdən imtina edə bilər. Heç kim şübhə etmir ki, bu baykota bəzi zavod komandalarının da nümayəndələri qoşulacaqlar, amma Barselonada FOTA-nın vəhdətini Red Bull şirkətinin və çempionatda iki şəxsi komandanın sahibi Diter Mateşiç də təsdiq edib…

Diter Mateşiç: “Əgər gələn mövsüm üçün reqlament dəyişməzsə, onda biz gələn ildən dünya çempionatında çıxış etməyəcəyik. Avtoistehsalçılar da eyni addımı atacaqlar. Hazırkı komandalardan bir-ikisi qalacaq.”

Baykotun və ya kompromisin təfərrüatları bu həftə FİA prezidenti ilə FOTA-nın danışıqlarından sonra açıqlanacaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 240
Teqlər
Paylaş

logo