F.Alonso: “Ferrari ilə qələbə xüsusilə xoşdur!”

Fernando Alonso Ferrari-nin heyətində ilk yarışını əla keçirib, startda komanda yoldaşı Felipe Massanı qabaqlayıb, sonra isə Sebastyan Fettelin problemlərindən yararlanaraq […]

Fernando Alonso Ferrari-nin heyətində ilk yarışını əla keçirib, startda komanda yoldaşı Felipe Massanı qabaqlayıb, sonra isə Sebastyan Fettelin problemlərindən yararlanaraq lierliyi ələ keçirib və finiş xəttini birinci keçib. Yarışdan sonra mətbuat konfransında ispaniyalı sürücü çox xoşbəxt görünüb…

Fernando Alonso: “Mənim üçün bu xüsusi gündür! Mən yenə də podiumun zirvəsinə qalxmışam. Bu həmişə həyəcanlı andır, amma Ferrari ilə qələbə qazanmaq xüsusilə xoşdur! Bu komandaya sürücü gələndə həmişə yüksək nəticəyə ümid edir, ona görə də Skuderiya ilə əməkdaşlığa bundan gözəl başlamağı təsəvvür edə bilmirəm.

Biz bütün qışı ilk Qran Priyə hazırlaşırdıq. Hələlik biz yalnız bir yarışda qələbə qazanmışıq, amma qələbə dublu bütün Maranello üçün və burda, Bəhreyndə gecə-gündüz çalışan briqada üçün çox vacib idi. Bu qələbəni mən Bütün İtaliyaya, bütün mexaniklərimə, prezident Luka di Montedzemolya həsr edirəm.

Mən bilmirəm ki, Sebastyan Fetteli qabaqlaya bilərdimmi, hərçən bizim maşın sürətli idi, mən təkərlərə nəzarət edirdim. Mən Sebastyana hücumu yarışın son 10 dövrəsinə saxlamışdım, amma birdən onun maşınına nəsə oldu və biz onu keçə bildik.

Amma yarışın əvvəlində o sürətli idi, xüsusən də yumşaq təkərlərdə və mən ona çata bilmirdim. Bəlkə Medium təkərlərlə mən onu keçə bilərdim, amma bunu dəqiq demək çətindir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*