16 İyun 2019, Bazar - 10:53

F.Alonso: “Batton narahat olmasın”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

07:46 - 25 İyul, 2009

İkiqat dünya çempionu Fernando Alonso hesab edir ki, Red Bull sürücülərinin son uğurlarına baxmayaraq, Censon Batton heç nədən narahat olmamalıdır… […]

İkiqat dünya çempionu Fernando Alonso hesab edir ki, Red Bull sürücülərinin son uğurlarına baxmayaraq, Censon Batton heç nədən narahat olmamalıdır…

Fernando Alonso: “Məncə, 20 xal böyük fərqdir. Düzdür, son iki yarışda Red Bull qələbə dubluna imza atıb, amma bu vəziyyəti normal adlandırmaq olmaz. Onlar daim belə nəticələr göstərə bilməzlər, yarışlarda həmişə nəsə olur, ona görə də Censonun yaxşı ehtiyatı var. Mən Censonun şansını yüksək qiymətləndirərdim, lakin 3-4 yarışdan sonra vəziyyət daha aydın olacaq. Baxaq görək Brawn GP yenə qələbə qazana biləcək?

Macarıstandakı isti hava Brawn GP sürücüləri üçün yaxşı olmalıdır, amma Red Bul maşınları peletonda ən sürətlidirlər. Məncə fərq elə də böyük deyil və Brawn GP qələbə uğrunda mübarizə apara biləcək. McLaren gözəşarpacaq dərəcədə sürətlənib, Toyota isə Williams kimi həmişə sürətlidir, Force İndia artıq yavaş komanda deyil. Uik-end maraqlı olacaq.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 219
Teqlər
Paylaş

logo