O.Safnauer: Realist olmalıyıq

Alpine komandasının rəhbəri Otmar Safnauer bildirib ki, podium qazansalar da, realist olmalıdırlar.

F-1.az xatırladır ki, fransız təmsilçisi Monakoda Esteban Okonla üçüncü olaraq, 2021-ci ilin Qətər yarışından sonra ilk dəfə podiuma yüksəlib.

Otmar Safnauer: “Formula1-də podium qazananda həmişə xüsusi hisslər keçirirsiniz. Yarışın tarixi və prestiji nəzərə alınanda podium üçün Monakodan yaxşı tras yoxdur. Komandadakı hamı, xüsusən də Esteban çox xoşbəxtdir və onuna adına sevinirəm. Esteban ciddi təzyiq altında işləyəi və yaxşı nəticə qazana biləcəyini həmişə göstərir. Həftəsonu ərzində qüsursuz performansla podiuma layiq olduğunu göstərdi.

Pyer də həftəsonu ərzində yaxşı sürdü və ümumilikdı 21 xal qazandıq. Bazada işləyən hər kəsə gördükləri işlərə görə təşəkkür edirəm.

Komandanın potensialını göstərən nəticəyə görə sevinirəm. Amma realist olmalıyıq. Bolidi təkmilləşdirməyə davam etməli və göstərdiyimiz performansdan əmin olmalıyıq. İndi bütün diqqətimizi İspaniya Qran Prisinə yönləndirəcəyik. Hədəfimiz yaxşı nəticə qazanmaqdır.

Orada yaxşı performans gözləyirəm, amma bunun üçün cümə günü yenilikləri dəyərləndirməli və A523-dən ən yaxşı nəticəni almaq üçün işləməliyik. Monakodakı nəticəni təkrarlamaq əla olardı, amma İspaniya tamamilə fərqli trasdır və bunu bilirik. Önümüzdə yeni yarış və fürsətlər var. Özümüzə fokuslanacağıq və bazar günü yaxşı nəticə qazanmağa çalışacağıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*