Mercedes yeni motoru W10-da çalışdırıb

Mühəndislər Kubokunun son qalibinin mətbuat xidməti dünən axşam komandanın sosial şəbəkələrdəki rəsmi səhifələrində yeni motorun bu il yarışacaqları W10 maşınında çalışdırılması ilə bağlı videoçarx yayımlayıb.

F-1.az bildirir ki, videoçarx bu sözlərlə yanaşı paylaşılıb: “Səsi artırın – eşitmək istəyəcəksiz. Motorumuzun yeni Mercedes-AMG F1 W10-da ilk dəfə çalışdırdıq”.