F1 Racing-in sorğusu: M.Şumaher ən məşhur sürücüdür

Britaniyanın F1 Racing jurnalı hər il mövsümün nəticələri barədə azarkeşlər arasında qlobal sorğu keçirirdi, sonuncu belə sorğu Formula1 komandalarının Assosiasiyası […]

Britaniyanın F1 Racing jurnalı hər il mövsümün nəticələri barədə azarkeşlər arasında qlobal sorğu keçirirdi, sonuncu belə sorğu Formula1 komandalarının Assosiasiyası (FOTA) ilə birlikdə keçirilib. Sorğunun nəticələri hələ dərc olunmasa da, ilkin məlumatlar artıq mətbuata sızıb…

Sorğuda müxtəlif ölkələrdən 90 min adam iştirak edib. İştirakçıların 19.5%-i Mixael Şumaheri Formula1-in ən məşhur sürücüsü hesab edib. Hərçənd, yeddiqat dünya çempionunun növbəti qələbəsinə təəssüblənmək lazım deyil.

Alman sürücüdünən sonra Fernando Alonso gəlir: ispaniyalı sürücüyə respondentlərin 9.7%-i səs verib. Amma maraqlıdır ki, bu siyahıda üçüncü yeri Kimi Rəykkönen tutub – finlandiyalı sürücü 2010-cu ildə ralli üzrə dünya çempionatında Citroen C4-ün sükanı arxasında çıxış edir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*