F.Kuartararo: Sıralanma tempimiz zəifdir

Yamaha komandasının sürücüsü Fabio Kuartararo bildirib ki, sıralanma tempində hələ zəifdirlər.

F-1.az xatırladır ki, fransalı sürücü cümə sərbəst yürüşlərində 7-ci olduğu üçün sıralanma turunda ikinci sessiaydan iştirak edəcək.

Fabio Kuartararo: “Bəzi səhvlər etsəm də, dövrəvi nəticələrim pis deyil. Ən yaxşı nəticəmi boksa getməmişdən əvvəl göstərdim və özümü yaxşı hiss edirdim. Hələ də sıralanma tempində zəifəm. Bir neçə dəfə əyləcə gec basdım və döngələrdə sürətli gedirəm. Bəzi xırdalıqlara baxmalıyam, çünki bu motosikletlə xırda səhv etsəniz, geriyə düşürsünüz. Buna görə də həssas davranmalıyam. Yempim o qədər də yaxşı deyil. Düzlüklərdə gözlədiyimizdən yavaşıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*