F.Kuartararo: Banyaya ilə mübarizə apara bilməmişik

xYamaha komandasının sürücüsü Fabio Kuartararo bildirib ki, Françesko Banyaya ilə tezliklə mübarizə aparacaqlar.

F-1.az xatırladır ki, iki sürücü son iki mövsümdə birlikdə 19 qələbə qazansalar da, tras üzərində yaddaqalan mübarizələri olmayıb.

Fabio Kuartararo: “Trasda bir-birimizə qarşı mübarizə aparmamışıq. Bəzən mən qalib gəlirdim və o yıxılırdı. Ya da o qazanırdı və mən yıxılırdım. Daha əvvəl mübarizə apara bilməsək də, tezliklə bunu görəcəksiniz”.

,