F.Kuartararo: Ducati-lərin sürətini qəbul etmək çətindir

Yamaha komandasının sürücüsü Fabio Kuartararo bildirib ki, Ducati-nin düzlük sürətini görəndə özünə gələ bilmir.

F-1.az xatırladır ki, fransalı sürücü ABŞ yarışında üçüncü olsa da, temp cəhətdən Ducati-lərdən geri qalıb.

Fabio Kuartararo: “Uzun və çətin yarış idi. Problemimiz güc, sürətlənmə və ilişmədir. Bu trasda çox yerdə asfaltla ilişməni itirə bilərik. Düzünü desəm, sakit idim və bu yaxşı haldır.

İnkişaf etməliyik. Bunu qəbul etmək çətindir, ancaq düzlüklərdə Ducati-lər bizi roket kimi keçirlər və sakit qalmaq olmur.

Özümü yaxşı hiss edirəm. Bu podium komandaya özünəinam gətirəcək. Ümid edirəm ki, irəliyə doğru addım ata bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*