F.Kuartararo: Uşaq səhvi etdim

Yamaha komandasının sürücü Fabio Kuartararo rəqibi Aleş Esparqaro ilə yaşadığı insidenti uşaq səhvi kimi görür.

F-1.az xatırladır ki, iki sürücü Assen yarışında ikinci yer uğrunda mübarizə apararkən Fabio rəqibi Aleşə hücum edib. Lakin fransalı sürücünün bu xoşniyyətli hücumu yaxşı nəticələnməyib. Fabionun Yamaha-sı sürüşüb və Aleşin Aprilia-sını yıxıb. Bu qəzadan sonra hər iki sürücü də son sıralara geriləyiblər.

Sonradan mübarizəni dayndıran Kuartararo isə 2020-ci ilin Valensiya yarışından sonra ilk dəfə yarışı bitirə bilməyib.

Fabio Kuartararo: “Uşaq səhvi etdim. Limitlərdə sürmək istəyirdim. bu səhvlərin hesabına dərs çıxarırsınız, amma çox axmaq səhv idi. Yaxşı templə gedib, qələbə uğrunda mübarizə apara bilərdik. Belə səhvlər hesabına öyrənirik.

Davam edib xal qazanmaq istədim, amma motosikletdə problem var idi. Pitə gəldim və komanda dedi ki, yaöış ehtimalı var. Bu motosikletlə davam et. Sonra qəza oldu. Arxa tərəfi itirdim. Uşaq səhvi idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*