F.Banyaya: Sprintlər olmasa, geridə qalardım

Ducati komandasının sürücüsü Françesko Banyaya bildirib ki, sprint yarışları olmasa, hazırda çox geridə qalardı.

F-1.az xatırladır ki, keçən ilin Dünya Çempionu bu il 5 yarışın 3-də finişə çata bilməyib. Digər iki yarışda isə qalib gəlib. Sprint yarışlarının ikisində qələbə qazanıb, ikisində 2-ci, birində 6-cı yeri tutub. İtaliyalı sürücü əsas yarışlardan 50, sprint yarışlarından 46 xal toplayıb və hazırda 96 xalla turnir cədvəlində zirvədədir. Onun ən yaxın izləyicisi Marko Bezzekki isə 95 xal toplayıb.

Françesko Banyaya: “Sprint çox kömək edir, çünki sprint olmasa, hazırda çox geridə idim. Əsas yarışlardan 50 xal qazandığım halda, sprint yarışlarından 46 xaı topladım. Bu da mənə çox kömək edir.

Bu mövsüm rəqiblərimizdən üstün olmağımız aşkardır. Həmişə lider oluruq. Digər sürücülər qeyri-stabil performans göstərirlər. Bu da xal fərqinə əks olunur.

Ancaq əvvəlki illərdə üç yarışdan kənar qalanda liderlik etmək mümkünsüz olurdu, çünki 4 sürücü həmişə öndə idilər. Bir səhvlə çempionluq əldən gedirdi. Əvvəllər baza komandalarının motosikletləri peyk komandaları qabaqlayırdılar. Hər dövrə 0.6-0.7 saniyə sürətli olurdular”.

Qeyd edək ki, Banyaya keçən il beş yarışda qəza edib mübarizəni dayandırsa da, sonda Dünya Çempionu titulunu qazanmışdı. O, bu uğura qazanmaq üçün 91 xallıq fərqi bağlamışdı. Bu isə MotoGP tarixində ilk belə hadisə idi.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*