Banyaya tətilə qələbə ilə gedib

MotoGP üzrə Niderland Qran Prisi gerdiə qaıb. Ducati komandasının sürücüsü Françesko Banyaya yarışı qazanaraq, tətilə rahat formada lider gedib.

F-1.az xatırladır ki, Marko Bezzekki yarışa birinci yerdən, Banyaya isə ikinci yerdən start versələr də, Banyaya birinci döngədə liderliyi alıb. Bezzekki isə Bred Binderi də buraxaraq, üçüncü yerə geriləyib.

Yarışa dördüncü yerən başlayan Fabio Kuartararo isə pis startla 12-ci yerə qədər geriıəyib. Yarışın ikinci dövrəsində isə azarkeşlər ardıcıl qəzalar görüblər. Əvvəlcə Cek Miller qəza edərək, mübarizəni dayandırıb. Daha sonra isə Fabio Kuartararo yerlisi Yohan Zarko ilə mübarizədə qəza edib və hər iki sürücü mübarizəni dayandırıb. Belə ki, 2021-ci ilin Dünya Çempionu döngənin girişində ön təkərin nə zarətini itirib və yıxılıb. Özü ilə Zarkonu da aparıb. Fabio Kuartararo bununla da bu mövsüm ilk dəfə bir yarışdan xalsız ayrılıb.

Yarışın dördüncü dövrəsində isə Aprilia-dan Maverik Vinyales qəza edib. O, yarışa yaxşı başlamış və beşinci yerə qədər yüksəlmişdi. İspaniyalı sürücü bu qəza ilə bəlkə də bir podiumu əldən verdi. Yarışın yeddinci dövrəsində startdan sonra yaxşı yüksəlmiş Enea Bastyanini yıxılıb və mübarizəni dayandırıb.

Yarışın 17-ci dövrəsində isə Marko Bezzekki təmiz hücumla Bred binderi geridə qoyub və ikinci yerə yüksəlib. Bu mübarizədən istifadə edən Françesko Banyaya fərqi 1.3 saniyəyə qədər qaldırıb. Bundan sonra Marko Bezzekki arxasına da baxmalı olub, çünki onu həm Binder, həm də esparqaro qovurdu.

Yarışın bitməsinə 5 dövrə qalmış isə Bezzekki lider Banyay ilə fərqi 1 saniyəyə qədər salıb. Binder, Esparqaro və Martin isə beşliyi tamamlayıblar.

Banyaya rahatlıqla finişə gəlib çatıb və arxasındakı 4 sürücü isə son şikana qədər mübarizə aparıblar. Xüsusən də üçüncü yer uğrunda mübarizə çox dramatik olub. Binder sprint yarışında olduğu kimi son dövrənin 8-ci döngəsində yaşıl zonaya təmas edib. Buna görə də o, 3-cü yerdən dördüncü yerə gerilədilib. Bununla da Aprilia-dan Aleş Esparqaro podiuma yüksəlib.

Qeyd edək ki, Esparqaro yarışın startında Marini ilə təmas yaşayaraq, ön qanadını zədələyib. Buna baxmayaraq yaxşı performansla podiuma yüksəlib. Binder 4-cü, Xorxe Martin isə 5-ci yeri tutublar. Onları Aleks Markes və Luka Marini izləyiblər.

Son həftələrdə çətin günlər keçirən Honda komandasınn üzün Takaaki Nakagami ilə gülüb. Yaponiyalı sürücü yarışı 8-ci yerdə bitirib.

Yamaha-dakı gələcəyi müəmmalı olan Franko Morbidelli isə yarışı 9-cu bitirərək, aktivinə 7 xal yazdırıb. Beləliklə, italiyalı mövsümün ilk yarısında bütün yarışlarda xal qazanmış tək sürücüdür. Onluğu isə Avqusto Fernandes bağlayıb.

Günün son xalları isə Lorenso Savadori, Raul Fernandes, Ştefan Bradl və Yonas folqer qazanıblar.

Növbəti yarış avqustun altısında İngiltərənin Silverstoun trasında keçiriləcək.

 

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*