Son çempion mövsümə qələbə ilə başlayıb

Bu gün Portuqaliyanın Portimao şəhərciyində Algarve avtodromunda MotoGP çempionatının 75-ci mövsümündə ilk yarış baş tutub.

F-1.az xəbər verir ki, əslində mövsüm dünən tarixdə ilk dəfə keçirilən sprint (qısa) yarışla başlayıb, amma sprintin nə qalibi, nə də mükafatçıları rəsmi statistikaya düşmürlər.

Pouldan start alan Mark Markes ilk döngələrdə ətrafındakı gənc sürücülərə müqavimət göstərməyə çalışsa da, yerli azarkeşlərin sevimlisi Miqel Oliveyra liderliyə yüksəlib.

Sonuncu çempion Peko Banyaya startda bir az geriləsə də, tezliklə liderliyi ələ alıb.

Banyayanın köməyinə Markes gəlib – ispaniyalı sürücünün Xorxe Martinlə təması Olveyraya çırpılması ilə nəticələnib. Mark və Miqel mübarizəni dayandırıblar, Xorxe isə 2-ci onluğa geriləsə də, yarışın sonuna yaxın yıxılaraq mübarizəni tam dayandırıb.

Banyayanın tempinə finişə qədər yalnız Aprilia-dan Maverik Vinyales tab gətirə bilib – Ducati-dən düzlükdə sürətli olsa da, ispaniyalı sürücü döngələrdə çempiondan geri düşüb. Finişdə onları 0.687 saniyə ayırıb.

Finişdə 3-cü olan Marko Bezzekki liderə 3 saniyə uduzub – Valentino Rossinin komandasının italiyalı sürücüsü uzun müddət böyük bir qrupa başçılıq edib, amma sonra Aleks Markesdən uzaqlaşıb.

Yarışın son dövrəsinə 8-ci başlayan Joan Zarko son döngədə Aleksi üstələyib və yarışı 4-cü yerdə başa vurub. KTM komandasının sürücüləri Brəd Binder və Cək Miller növbəti yerləri tutublar.

Fabio Kuartararo yarışın əvvəlində 15-ci yerə geriləsə də, öndəki sürücülərin səhvləri və qəzaları sayəsində yarışı 8-ci yerdə başa vurub.

Mübarizə gələn həftə Argentinada davam edəcək…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*