F.Banyayanın ayağı qırılıb

Ducati komandasının sürücüsü Françesko Banyaya sağ ayağını qırsa da, növbəti ay Mucelloda yarışması gözlənilir.

F-1.az xatırladır ki, sonuncu Dünya Çempionu Fransa yarışının beşinci dövrəsində Vinyaleslə təmas yaşamış və qəza etmişdi. Le Manda aparılan tibbi müayinədən sonra hər hansı zədə tapılmamışdı.

Ancaq Banyaya daha sonra sağ ayağında ağrı hiss etmiş və Mizanoda aparılan tibbi müayinədən sonra sağ ayağında talus sümüyünün qırığı müəyyənləşmişdi.

Ducati komandası bu barədə belə açıqlama yayıb: “Bu hal Banyayanın iyun ayında Mucelloda yarışmasına əngəl olmayacaq”.

Bazar günü Le Mandakı qəzadan sonra Banyayanın ayağında problem tapılmasa da, onun sağ ayağında iltihab olub və italiyalı sürücü bir neçə gün dincəlib.

Daha sonra o, Mizanoya VR46 Akademiyasının sürücüləri ilə məşq etməyə gəlib. Lakin ağrılar ona imkan verməyib və tibbi mərkəzə aparılıb. Orada 26 yaşlı pilotun ayağında qırıq tapılıb.

Ducati-nin açıqlaması belə olub: “Banyaya Fransadakı qəzadan sonda sağ ayaq biləyində ağrı hiss etdiyi üçün Mizanoda daha güclü müayinədən keçib. Bu zaman onda talus sümüyünün qırığı aşkarlanıb. Bu zədə omun Mucelloda yarışmasına əngəl olmayacaq. Buna görə də Pekko tamamilə sağalmaq və ev yarışımıza hazır olmaq üçün işləyəcək”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*