F.Banyaya: 1 nömrə çempionu şərəfləndirir

Ducati komandasının sürücüsü Françesko Banyaya nəyə görə 1 nömrəni götürdüyünü izah edib.

F-1.az xatırladır ki, italiyalı sürücü keçən il Dünya Çempionu olduğu üçün 1 nömrə ilə yarışmaq hüququ qazanamışdı. Lakin bu nömrə ilə son dəfə 2012-ci ildə Keysi Stouner mübarizə aparmışdı. Ondan sonra çempion olan 4 sürücü – Xorxe Lorenso, Mark Markes, Xoan Mir və Fabio Kuartararo ənənəvi nömrələri ilə yarışmağa davam etmişdilər.

Françesko Banyaya: “Bu nömrəni ilkdəfə keçən həftə yeni geyimlərin çəkilişini edəndə istifadə etdim. Çox gözəl görünürdü. Həmişə bir nömrə ilə yarışan sürücülərdən nümunə götürmüşəm. Bunu sevirəm, çünki Dünya Çempionuna fərqlilik imkanı yaradır. Bir nömrə sizin kimliyinizi göstərir və Dünya Çempionluğunuzu sübut edir. Çempionlara şərəf vermək üçün əla fürsətdir.

Əlbəttə 63 həmişə mənim nömrəm olacaq. Həmişə bununla yarışmışam və gəlcəkdə də motosikletimdə olacaq. Ümid edirəm ki, 1 nömrə motosikletimin üstündə uzun illər qalar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*