F.Banyaya: Günah məndə deyil

Amerika yarışında yıxılaraq mübarizəni ayndıran Françesko Bnayaya özündə günah görmür.

F-1.az xatırladır ki, Ducati komandasının sürücüsü yarışda lider gedərkən yıxılıb və vacib 25 xaldan olub. O, Argentinadan sonra ikinci dəfə yıxılıb.

Françesko Banyaya: “Nə oldu bilmirəm. Səmimi deyirəm, ABŞ-da neçə dövrə vurduğumu bilmirəm. Bəlkə 80, bəlkə də 100… Ancaq yarışda hər şey nəzarətimdə olarkən qəza etdim. Buna görə əsəbiyəm. Amma özümə yox. 100 faiz əminəm ki, səhv etmədim. Argentinada bir az limit də sürdüm. Bu dəfə etmədim. Nəsə oldu. Səbəb külək və ya təkərləri qızdırmaqla bağlı deyil. Motosikletə nəsə oldu.

Bəli, peletonda ən yaxşı motosiklet bizdədir. Mən 0.1 saniyə yavaş gedib motosikleti tanımağı daha çox istəyərəm. Ancaq iki yarışda 45 xal itirdik. Möhətəşəm motosikletlə iki həftədə 45 xal itirirsinizsə, deməli səhv gedən şeylər var”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*