M.Ferstappen: Fərqli strategiya sınamalı idik

Red Bull komandasının sürücüsü Maks Ferstappen strategiyanın işləyəcəyinə əmin deyilmiş.

F-1.az xatırladır ki, niderlandlı sürücü ABŞ yarışına pouldan başlasa da, startda Həmiltonun gerisində qalıb və pitə erkən gələrək, yenidən rəqibini qabaqlayıb. Bu strategiya Ferstappenə qələbə gətirib.

Maks Ferstappen: “Bəli. Startda itirdik və buna görə də fərqli şeylər sınamalı idik. Burada təkərlər tez yeyilirdi və biz də aqressiv idik. Bunun yaxşı işləyəcəyinə əmin olmasam da, son dövrələr maraqlı keçdi. Sürətli döngələrdə maşın sürüşürdü, amma yenə də həzz aldım”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*