MotoGP-2022: Banyaya Niderlandda poulu qələbəyə çevirib

Yağış ehtimalının da olduğu, sürücülərin xüsusi çətinlik çəkdiyi 5-ci döngəyə sahib Assendə Banyayanın qələbəsinin əhəmiyyətini çempionatın liderinin 2 dəfə qəzaya uğraması xeyli artırıb.

F-1.az bildirir ki, Françesko Banyaya startda yerini qoruyub, 5-ci yerdən yarışa başlayan Aleş Esparqaro ikinci yerə qədər yüksəlib. O, Fabio Kuartararo ilə ikincilik mübarizəsində öndə qalmağı bacarıb. İkilinin mübarizəsi Banyayanın fərqi artırmasına səbəb olub. Lakin bir qədər sonra liderə çatıb. Beşinci dövrədə Aleşə çox yaxınlaşan Fabio 5-ci döngədə yıxılıb, həm özü, həm də Esparqaro çınqıllığa çıxıblar. İspan sürücü yıxılmasa da, xeyli vaxt itirib və trasa 16-cı yerdə qayıda bilib. Kuartararo isə son yerdə yarışa davam edib.

Bu qəzadan sonra ilk üçlük Banyaya – Bezzekki – Martin şəklində formalaşıb. Binder və Morbidellinin qəzalarına rəğmən, yarış sakit məcrada davam edib. 13-cü dövrədə Kuartararo pit yoluna gəlib qayıtdıqdan bir qədər sonra növbəti dəfə eyni yerdə qəza edib. Ayağa qalxmağa çətinlik çəksə də, bir qədər sonra özü trası tərk edib. Vinyales Martini keçərək üçüncü yerə qalxıb. Esparqaro da yüksəlməyə davam edib və 7-ci yerə çatıb.

17-ci dövrədə yağış bayraqları göstərilib və komandalar ehtiyat motosikletləri hazırlayıblar, lakin sürücülər trasda qalıblar. Miller Vinyalesə son 3 dövrədə təzyiqlər etsə də, keçə bilməyib. Son döngədə iki sürücünü birdən keçən Esparqaro xaotik yarışı 4-cü yerdə tamamlaya bilib.

Françesko Banyaya rahat qələbə qazanaraq çempionluq mübarizəsinə geri qayıdıb. Bu ilin debütantı Marko Bezzekki dünənki güclü çıxışını davam etdirərək ikinci olub və həm özünün, həm də Valentino Rossinin qurduğu komandasının ilk podiumunu əldə edib. Maverik Vinyales podiumun son pilləsinə qalxıb.

MotoGP 5 həftəlik fasiləyə yollanır. Mübarizə 7 avqustda Britaniya Qran Prisi ilə davam edəcək.

Yer N Sürücü Motosiklet Komanda Zaman Fərq Xal
1 63 Françesko Banyaya Ducati Ducati Lenovo Team 40:25.205 25
2 72 Marko Bezzekki Ducati Mooney VR46 Racing Team 40:25.649 + 0:00.444 20
3 12 Maverik Vinyales Aprilia Aprilia Racing 40:26.414 + 0:01.209 16
4 41 Aleş Esparqaro Aprilia Aprilia Racing 40:27.790 + 0:02.585 13
5 33 Bren Binder KTM Red Bull KTM Factory Racing 40:27.926 + 0:02.721 11
6 43 Cek Miller Ducati Ducati Lenovo Team 40:28.250 + 0:03.045 10
7 89 Xorxe Martin Ducati Pramac Racing 40:29.545 + 0:04.340 9
8 36 Xoan Mir Suzuki Team Suzuki Ecstar 40:33.390 + 0:08.185 8
9 88 Migel Oliveyra KTM Red Bull KTM Factory Racing 40:33.530 + 0:08.325 7
10 42 Aleks Rins Suzuki Team Suzuki Ecstar 40:33.801 + 0:08.596 6
11 23 Enea Bastyanini Ducati Gresini Racing MotoGP 40:34.988 + 0:09.783 5
12 30 Takaiki Naqakami Honda LCR Honda Idemitsu 40:35.822 + 0:10.617 4
13 5 Joan Zarko Ducati Pramac Racing 40:39.610 + 0:14.405 3
14 49 Fabio di Cannantonio Ducati Gresini Racing MotoGP 40:42.886 + 0:17.681 2
15 73 Aleks Markes Honda LCR Honda Idemitsu 40:51.071 + 0:25.866 1
16 4 Andrea Dovizioso Yamaha WithU Yamaha RNF MotoGP Team 40:54.916 + 0:29.711
17 10 Luka Marini Ducati Mooney VR46 Racing Team 40:55.501 + 0:30.296
18 6 Ştefan Bradl Honda Repsol Honda Team 40:57.430 + 0:32.225
19 87 Remi Qardner KTM Tech3 KTM Factory Racing 41:00.152 + 0:34.947
20 32 Lorenzo Savadori Aprilia Aprilia Racing 41:01.003 + 0:35.798
25 Raul Fernandes KTM Tech3 KTM Factory Racing 28:44.750 8 Laps
20 Fabio Kuartararo Yamaha Monster Energy Yamaha MotoGP 18:55.288 15 Laps
40 Derrin Binder Yamaha WithU Yamaha RNF MotoGP Team 12:42.817 18 Laps
21 Franko Morbidelli Yamaha Monster Energy Yamaha MotoGP 14:16.547 18 Laps

 

Sürətli dövrə: Aleş Esparqaro (Aprilia Racing) – 1:32.500 (15-ci dövrə)

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Motosiklet Komanda Xal
1 20 Fabio Kuartararo Yamaha Monster Energy Yamaha MotoGP 172
2 41 Aleş Esparqaro Aprilia Aprilia Racing 151
3 5 Joan Zarko Ducati Pramac Racing 114
4 63 Françesko Banyaya Ducati Ducati Lenovo Team 106
5 23 Enea Bastyanini Ducati Gresini Racing MotoGP 105
6 33 Bred Binder KTM Red Bull KTM Factory Racing 93
7 43 Cek Miller Ducati Ducati Lenovo Team 91
8 36 Xoan Mir Suzuki Team Suzuki Ecstar 77
9 42 Aleks Rins Suzuki Team Suzuki Ecstar 75
10 88 Migel Oliveyra KTM Red Bull KTM Factory Racing 71
11 89 Xorxe Martin Ducati Pramac Racing 70
12 12 Maverik Vinyales Aprilia Aprilia Racing 62
13 93 Mark Markes Honda Repsol Honda Team 60
14 72 Marko Bezzekki Ducati Mooney VR46 Racing Team 55
15 10 Luka Marini Ducati Mooney VR46 Racing Team 52
16 30 Takaiki Naqakami Honda LCR Honda Idemitsu 42
17 44 Pol Esparqaro Honda Repsol Honda Team 40
18 73 Aleks Markes Honda LCR Honda Idemitsu 27
19 21 Franko Morbidelli Yamaha Monster Energy Yamaha MotoGP 25
20 49 Fabio di Cannantonio Ducati Gresini Racing MotoGP 18
21 40 Derrin Binder Yamaha WithU Yamaha RNF MotoGP Team 10
22 4 Andrea Dovizioso Yamaha WithU Yamaha RNF MotoGP Team 10
23 87 Remi Qardner KTM Tech3 KTM Factory Racing 9
24 25 Raul Fernandes KTM Tech3 KTM Factory Racing 5

 

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Konstruktor Xal
1 Ducati 246
2 Yamaha 172
3 Aprilia 155
4 KTM 121
5 Suzuki 101
6 Honda 85

 

 

KOMANDALAR ÇEMPİONATI:

Yer Komanda Motosiklet Xal
1 Aprilia Racing Aprilia 213
2 Monster Energy Yamaha MotoGP Yamaha 197
3  Ducati Lenovo Team Ducati 197
4 Prima Pramac Racing Ducati 184
5 Red Bull KTM Factory Racing KTM 164
6 Team Suzuki Ecstar Suzuki 152
7 Gresini Racing MotoGP Ducati 123
8 Mooney VR46 Racing Team Ducati 107
9 Repsol Honda Team Honda 100
10 LCR Honda Honda 69
11 WithU Yamaha RNF MotoGP Team Yamaha 20
12 Tech3 KTM Factory Racing KTM 14
, , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*