Enea ilk poulunu qazanıb

Avstriyanın Red Bull Rinq avtodromunda motosikletçilərin MotoGP çempionatında mövsümün 20-ci mərhələsi davam edir. Bu gün sürücülər poulun sahibini müəyyən ediblər.

Bu il premyer klasda artıq 3 qələbə qazanmış Ducati-nin törəmə komandası – Gresini-nin sürücüsü Enea Bastyanini bu gün sübut edib ki, vahid dövrədə də sürətli ola bilər. İtaliyalı sürücü uzun düzlüklərdən ibarət olan trasda Ducati-nin sürətini karyerasında ilk pouluna çevirib – 2020-ci ilin Moto2 çempionu Ducati-nin zavod komandasının hər iki sürücüsünü qabaqlayıb. Yekunda Enea sürətli dövrəsində Françeska Banyayadan 0.024 saniyə sürətli olub.

Banyaya isə komanda yoldaşı Cək Milleri 0.085 saniyə üstələyib. Ducati-nin digər törəmə komandası Pramac-ın sürücüləri ikinci cərgədə yer alıblar – Xorxe Martin 4-cü, Joan Zarko isə 6-cı olub. Düz onların ortasında mövsümün lideri Yamaha-dan Fabio Kuartararo yer alıb.

Bu trasda baş tutan son altı yarışdan 5-də Ducati sürücüləri qələbə qazanıblar, yalnız keçən il son dövrələrdə yağan yağış qələbəni KTM-dən Brəd Binderə qismət eləmişdi. Ona görə də sabah əsas mübarizə Ducati-nin sürücüləri arasında gedəcək…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*