F.Kuartararo: Enea ilə Pekkonun mübarizəsi maraqlı olacaq

Yamaha komandasının sürücüsü Fabio Kuartararo bildirib ki, Enea Bastianini ilə Françesko Banyaya arasında maraqlı mübarizə gözləyir.

F-1.az xatırladır ki, Enea Bastianini bu il Gresini komandasından Ducati-yə transfer olunub. O keçən il 4 yarış qazanmış və mövsümü üçüncü yerdə bağlamışdı. Banyaya isə Ducati komandasında 7 qələbə qazanıb, titulu bayram etmişdi.

F.Kuartararo: “Eneanın Ducati komandasında Pekko ilə mübarizəsini görmək gözəl olacaq. Keçən il ikisi birlikdə 11 qələbə qazanmışdılar. Ən güclü komandada olacaqlar, amma komanda yoldaşınız daha güclüdürsə, necə? Bizi gözəl rəqabət gözləyir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*