Əfsanəvi M.Volker vəfat edib

Əfsanəvi Formula1 şərhçisi Murrey Volker 97 yaşında dünyasını dəyişib.

F-1.az bildirir ki, Murrey 1950-ci ildən 1998-ci ilə qədər Formula1 yarışlarını şərh etmişdi. Onun ölüm xəbərini Britaniya Yarış Pilotları Klubu (BRDC) yayımlayıb: “BRDC-nin üzvü Murrey Volkerin ölüm xəbərini məyusluqla diqqətinizə çatdırırıq. O, əsl dost, avtoidman əfsanəsi, dünyanın sevdiyi şərhçi idi. Onun gülümsəməsi yoluxucu idi. Murrey üçün darıxacağıq. Onun irsi və səsi avtoidmanda və qəlblərimizdə yaşayacaq. Bizə qazandırdıqları üçün Murreyə təşəkkür edirik. Ailəsinə və dostlarına çətin vaxtda səbir arzu edirik. Əziz dostumuz, ruhun şad olsun”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*