A.Makniş də BBC-yə qoşuldu

Keçmiş Formula1 sürücüsü Alan Makniş BBC Radio 5 Live radiokanalının efirində dünya çempionatının yarışlarını analitik kimi şərh edəcək. Alan radiokanalın […]

Keçmiş Formula1 sürücüsü Alan Makniş BBC Radio 5 Live radiokanalının efirində dünya çempionatının yarışlarını analitik kimi şərh edəcək. Alan radiokanalın daimi şərhçisi Ceyms Allenlə əməkdaşlıq edəcək.

Mövsüm yalnız 9 Qran Prisini canlı yayımlayacaq BBC One telekanalından fərqli olaraq, BBC Radio 5 live hər bir yarışı canlı yayımlayacaq. Radioefirlə yanaşı dinləyicilər Allen və Makniş cütlüyünə BBC Sport saytında da qulaq asa bilərlər.

BBC-nin teleyayımlarını da dəyişikliklər gözləyir. BBC Two kanalında sərbəst yürüşlər yayımlanacaq. Qran Priləri Ceyk Hamfrini əvəz etmiş Syuzi Perri təqdim edəcək, əsas şərhçilər heyəti isə dəyişməz qalır: Ben Edvards, Dəvid Kulthard və Eddi Cordan.

Formula1-in əfsanəvi aparıcısı Marrey Uolker də işsiz qalmayacaq – o, videoarxivlər əsasında tarixi buraxılışlar hazırlayacaq və hər bir yarış ərəfəsində mərhələnin tarixi barədə yazılar hazırlayacaq…

, , , , , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*