23 Sentyabr 2019, Bazar ertəsi - 09:47

A.Donelli Formula1-i tərk edir

A.Donelli Formula1-i tərk edir

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:57 - 24 Yanvar, 2010

Alan Donelli barədə məlumat çox azdır. O FİA-nın əvvəlki prezidenti Maks Moslinin yetişdirməsi idi, son illərdə bir az qəribə olan […]

Alan Donelli barədə məlumat çox azdır. O FİA-nın əvvəlki prezidenti Maks Moslinin yetişdirməsi idi, son illərdə bir az qəribə olan – səsvermə hüququ olmayan Formula1-in hakimlər assosiasiyasının prezidenti vəzifəsini daşıyırdı. Hamının yadında bir neçə qalmaqalla qalıb. Autosport bugünkü məlumatına görə, o tutduğu vəzifədən azad olunub…

2008-ci ildə vəzifəyə təyin olunmuş Donellinin işi hakimlərlə yarışın başçıları arasında kommunikasiyanın yaxşılaşdırılması idi – bununla yarış zamanı qərarların qəbul edilməsi sürətlənirdi. Bu sahədə müəyyən irəliləyişlər var idi, amma məmur “başını hər yerə soxurdu.”

Keçən ilin yayında FİA və FOTA qarşıdurmasının qızğın vaxtında vəzifəsinə görə neytral mövqe tutmalı olan Donelli federasiyanın tərəfinə keçdi. Bundan sonra komandalar onu kəskin tənqid atəşinə tutdular.

FİA-ya yeni prezident seçildikdən sonra Formula1-də hakimliyin strukturunda dəyişikliklər barədə çox danışılırdı, o cümlədən elə Jan Todtun özü bu məsələni önə çəkirdi. Amma Donellinin taleyi barədə ekspertlər müxtəlif fikirlər söyləyirdilər – bəziləri hətta hesab edirdilər ki, onun vəzifəsini böyüdəcəklər və o Formula1-in Komissarı seçiləcək. Amma hər şey başqa cür alındı – səsvermə hüququ olmayan prezident işindən azad edilib. Bundan sonra o nəinki Formula1-ə, ümumiyyətlə, heç bir yarışa müdaxilə edə bilməyəcək.

Amma Donelli işini itirən tək məmur deyil, Jaguar komandasının keçmiş başçısı Toni Parnell də tutduğu FİA-nın texniki məsləhətçisi vəzifəsini tərk edir. Əvəzində FİA-ya Peugeot-nun araşdırmalar şöbəsinin keçmiş başçısı Bernar Niklo və Ferrari-nin keçmiş baş motor ustası Jil Simon dəvət olunublar…

FİA-nın nümayəndəsi bildirib: “Toni Parnell artıq bizim məsləhətçimiz deyil və biz ona gələcək karyerasında müvəffəqiyyətlər arzu edirik. Hazırda biz ekspert şöbəsinin inkişafı və gücləndirilməsi üzərində çalışırıq və bu işlə Bernar Niklo, o baş texniki məsləhətçi vəzifəsini tutacaq və Jil Simon, o isə güc aqreqatları və elektronika şöbəsinə başçı təyin olunub, məşğul olacaqlar.

Bernar bütün yarış növlərində məsləhətlərin təmin olunması və texniki məsələlər üzrə qərarların qəbul olunmasına cavabdeh olacaq. O fevralın 1-dən işə başlayacaq. Jil isə FİA-nın idman bölməsində çalışacaq.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 348
Teqlər
Paylaş

logo