L.Həmilton atası ilə barışıb və menecer axtarışını davam etdirir

Lyuis Həmilton atası ilə münasibətlərini bərpa edib, Əntoni Həmilton bu ilə qədər oğlunun meneceri vəzifəsini icra edirdi. martın əvvəllərində oğul-ata […]

Lyuis Həmilton atası ilə münasibətlərini bərpa edib, Əntoni Həmilton bu ilə qədər oğlunun meneceri vəzifəsini icra edirdi. martın əvvəllərində oğul-ata münasibətlərində ciddi soyuqlama müşahidə olunub, bundan sonra onlar hətta bir-birilə danışmayıblar, amma Həmiltonlar ailəsində vəziyyət düzəlmək üzrədir – bu barədə The Daily Telegraph xəbər verib…

Lyuis Həmilton: “Münasibətlərdə istiləşmə var. Biz bu yaxınlarda əlqaə saxlamışıq. O mənə SMS-ismarış yolladı və bildirdi ki, mən həmişə ona arxayın ola bilərəm. Mənə atamdan məhz bu lazımdır. Biz münasibətlərimizi tədricən bərpa edirik. Arxada çətin keçid dövrü qalıb, amma mən istəyirəm ki, keçmiş münasibətlərimiz yenidən başlasın.”

Eyni zamanda Lyuis hələ də menecersizdir, sürücü bildirib ki, namizədlərdən hər hansı birini seçməyə tələsmir, hərçənd, onun sözlərinə görə, artıq bu məsələyə görə, ona milyondan çox zəng olunub…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*