D.Rikkardo: Red Bull-da özümə gələcəm

Red Bull komandasının ehtiyat sürücüsü Daniel Rikkardo köhnə günlərinə qayıdacağına inanır.

F-1.az xatırladır ki, avstraliyalı sürücü McLaren-də iki uğursuz mövsüm keçirdikdən sonra komandadan göndərilmişdi. Bundan sonra o, Red Bull komandasında ehtiyat sürücü kimi işə başlayıb.

Daniel Rikkardo: “Hər şeyin başladığı yerə qayıtmaq istədim. Köhnə günlərdəki kimi hiss etsəm də, dəyişən şeylər var. Mateşiç də bu yaxınlarda öldü. Kaş ona təşəkkür edə bilsəydim.

Mənə verdikləri fürsətə görə həmişə təşəkkür etmişəm. Onlar olmasaydı, burada yarışa bilməzdim. Elə bil evimə – anamın və atamın yanına qayıtmışam. Burada özümü daha fərqli hiss edirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*