D.Petruççi təşəkkür edib

Fransada Ducati ilə çıxış edən Danilo Petruççi bu fürsətə görə komandasına təşəkkür edib.

F-1.az xatırladır ki, italiyalı sürücü MotoGP karyerasını iki il əvvəl bitirmişdi. Lakin o, Le Mandakı yarışda zədəli Enea Bastyaninini əvəzləmək üçün Ducati tərəfindəm dəvət olunmuşdu. Danilo xaotik Fransa yarışını 11-ci yerdə bitirib və digər iki ehtiyat sürücüləri – Lorenzo Savadori və Yonas Folqer – qabaqlaya bilib.

Danilo Petruççi: “İnanılmaz oldu, çünki həyatımda mindiyim ən güclü motosiklet idi. Üç podium və 1 qələbə qazandığım trasa bu motosikletlə qayıtmaq əsl hədiyyə kimi idi. Bununla fəxr edirəm və bu böyük fürsətə görə Ducati-yə təşəkkür edirəm.

Həftəsonu çox çətin keçdi, ancaq əsas yarışda sprintə nisbətən sürətli idim. Bəlkə də bir daha bu motosikleti sürməyəcəm, amma Le Manda bu publika önündə daha əvvəl qalib gəldiyim və podium qazandığım trasa qayıtmağı heç vaxt unutmayacağam. Çox xoşbəxtəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*