F.Banyaya: Missiyamızı yerinə yetirdik

Ducati komandasının sürücüsü Françesko Banyaya düşünür ki, Malayziyada karyerasının ən yaxşı qələbələrindən birini alıb.

F-1.az xatırladır ki, italiyalı sürücü yarışa 9-cu yerdən başlsa da, yaxşı startla ikinci yerə yüksəlib. Daha sonra isə lider Xorxe Martinin yıxılması ilə liderliyə yüksəlib. Yarışın bir hissəsində Enea Bastianini onu keçsə də, daha sonra əks hücumla yenidən liderliyi alıb və sona qədər qoruyaraq, qələbə qazanıb. Beləliklə, Pekko mövsümün son yarışından əvvəl əsas rəqibi Fabio Kuartararo ilə fərqi 23 xala qaldırıb.

Françesko Banyaya: “Həyatımda bundan yaxşı start aldığımı xatırlamıram. Gözəl start idi. İlk döngədə yaxşı əyləndim. Buna hazırlaşmışdım və işlər gözlədiyimdən yaxşı getdi. İlk döngədə Martin önümdə qaldı və onu izləməyə qərar verdim. Sonra gördüm ki, limitdə gedir və arxa təkərinə çox yüklənir.

Buna görə də Martini izləməyi buraxdım. Bir az sakitləşdim. Yarış tempi o qədər yüksək olmamalı idi. Çox sürətli gedirdi. Daha sonra səhv edib yıxıldı. Martin yıxılandan sonra missiyamızı yerinə yetirdik və qazandıq.

Asan deyildi, çünki Enea həmişəki kimi sürətli idi. Sürətli döngələrdə frəqini göstərirdi. Yavaş döngələrdə isə mənim asfaltla ilişməm daha yaxşı idi. Yanacaq çəni boşaldıqca sürətləndim və daha sərt əylənə bildim. Xüsusən də, ilk döngədə yaxşı əylənirdim. Buna görə də ötmə edə bildim. Qələbəyə layiq idim.

Karyeramın bəlkə də ən gözəl və ən vacib qələbələrindən biri idi, çünki Fabionu artıq 23 xal qabaqlayıram. Fabio da əla sürdü. Bütün həftəsonu ərzində güclü idi. Çempionatda ilk iki yeri tutmağa layiqik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*