CVC şirkəti Mercedes AMG ilə danışıqlara hazırlaşır

Bu ilin sonunda cari Razılıq Müqaviləsinin müddəti bitəcək. Bəzi komandalar artıq Berni Ekklstoun və Formula1-in səhmlərinin nəzarət paketinin sahibi olan […]

Bu ilin sonunda cari Razılıq Müqaviləsinin müddəti bitəcək. Bəzi komandalar artıq Berni Ekklstoun və Formula1-in səhmlərinin nəzarət paketinin sahibi olan CVC şirkəti ilə yeni Razılıq Müqaviləsinin şərtlərini müzakirə ediblər, amma Mercedes AMG komandası hələ bunu etməyb. Əgər komanda yeni müqaviləyə imza atmasa, onda zavod komandanın çempionat öhdəliyi Braziliya Qran Prisinin finişindən dərhal sonra, yəni noyabrın 25-də başa çatacaq.

Biz artıq xəbər vermişdik ki, komandanın rəhbərliyi Berni Ekklstounun təklif etdiyi yeni Razılıq Müqaviləsinin şərtləri ilə razı deyil. Komandanın naməlum qalmış nümayəndəsindən biri bildirib ki, komanda müxtəlif variantları nəzərdən keçirir, hətta Ferrari və Red Bull komandalarına təklif olunmuş xüsusi şərtlərə görə CVC şirkəti məhkəməyə verilə bilər.

Vəziyyəti çətinləşdirən faktorlardan biri də zavod komandanın səhmlərinin satılması ilə bağlı şayiələrin artmasıdır, əgər Mercedes AMG komandası çempionatı tərk edərsə, CVC-nin belə bir böyük zavod komandanı itirməsindən əldə etdiyi gəlir xeyli azalacaq. Ona görə də şirkət bu komanda ilə xüsusi danışıqlara hazırlaşır.

Tərəflər nə qədər tez razılığa gələ bilsələr, CVC də bir o qədər tezliklə çempionatın maliyyə məsələlərini yenidən qura bilər. Komandanın nümayəndələri və Berni Ekklstoun hələlik şərh verməkdən boyun qaçırıblar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*