Ç.Uaytinq: “Bütün qazburaxma sistemləri reqlamentə uyğundurlar”

FİA-nın yarış direktoru Çarli Uaytinq təsdiq edib ki, Formula1 komandalarının qazburaxma sistemlərinə dair reqlamentə əməl etmələri onu qane edib. Testlərin […]

FİA-nın yarış direktoru Çarli Uaytinq təsdiq edib ki, Formula1 komandalarının qazburaxma sistemlərinə dair reqlamentə əməl etmələri onu qane edib.

Testlərin gedişində mütəxəssislər bəzi komandalarda hələ də işlənmiş qazların enerjisindən aerodinamik üstünlük qazanılmasında istifadə olunmasından şübhələnirdilər. Amma Uaytinqin sözlərinə görə, hələlik heç bir problem müəyyən olunmayıb…

Çarli Uaytinq: “Kiçik bir müzakirə baş tutdu, mövzu yeni reqlamentin müxtəlif yozumları idi. Keçən il qaydalar çox sadə idi – sadəcə hər bir maşında iki qazburaxma borusunun olması tələb edilirdi.

Amma 2012-ci ildə qaydalar bir səhifəlik mətndən ibarətdir və qazburaxma sistemindən birbaşa təyinatı üzrə işləməsini tələb edir.

Əlbəttə, mühəndislər bu reqlamenti istədikləri kimi yoza bilərlər. Hələlik bizim gördüyümüz bütün sistemlər yeni reqlamentə uyğundurlar, ona görə də bizim mövqeyimiz sadədir: biz dəqiq deyə bilmərik ki, konkret hansı sistem aerodinamikaya nə qədər təsir edir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*