P.Zauber: “Bundan pisini təsəvvür edə bilməzdim”

Dünən Melburnda yarışın finişindən sonra Sauber komandasının sürücüləri diskvalifikasiya olunmuşdular – C30 maşınında arxa antiqanadın konstruksiyası reqlamentə uyğun olmayıb. Aerodinamikanın […]

Dünən Melburnda yarışın finişindən sonra Sauber komandasının sürücüləri diskvalifikasiya olunmuşdular – C30 maşınında arxa antiqanadın konstruksiyası reqlamentə uyğun olmayıb. Aerodinamikanın təftişi zamanı FİA-nın nümayəndələri xüsusi şablonlardan istifadə edirlər – antiqanadın yuxarı lövhəsi bu şablona uyğun gəlməyib.

Serxio Peres və Kamui Kobayaşi yarışı əla keçiriblər, protokollarda yeddinci və səkkizinci yerləri tutublar, amma axşam stüardlar FİA-dan qanunpozuntusu barədə məlumat alaraq onları yekun protokollardan çıxarıblar. İsveçrədə dərc olunan Blick qəzetinə müsahibəsində komandanın başçısı öz hisslərini gizlətməyib…

Peter Zauber: “Bu ağılsızlıqdır, 2 mm-lik bir fərqə görə bütün komanda cəzalanıb. Karyeramın ən yaxşı günlərindən biri fiasko ilə bitdi – bundan pisini heç təsəvvür edə bilməzdim!

Biz yarış arxa antiqanadın iki konfiqurasiyasını gətirmişdik və onlardan biri o birisindən cüzi dərəcədə böyük olub, amma bu fərq heç bir üstünlük vermir. Bizi cərimə etdilər, Force İndia isə xal qazandı, bu lap xoşagəlməzdir.

Mən Serxio Peresin çıxışından çox razıyam və onun yumşaq təkərlərlə 35 dövrə vurması məni heyrətləndirdi, Serxio dövrədən dövrəyə nəticəsini də yaxşılaşdırırdı.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*