C.Stüart: “Barrikello Brawn GP-yə lazımdır”

Britaniya mətbuatı Melburndakı stüardlara yalan söyləməsindən sonra qalxmış qalmaqaldan sonra Lyuis Həmiltonun McLaren komandasını tərk etməsi barədə şayiələrlə doludur. Son […]

Britaniya mətbuatı Melburndakı stüardlara yalan söyləməsindən sonra qalxmış qalmaqaldan sonra Lyuis Həmiltonun McLaren komandasını tərk etməsi barədə şayiələrlə doludur. Son şayiələrə görə, britaniyalı ən gənc dünya çempionu Rubens Berrikellonun yerinə Brawn GP-yə keçəcək. News Of The World qəzetində Ceki Stüart bu şayiələrə münasibət bildirib…

Ceki Stüart: “Ross Braun Barrikellonu Lyuislə əvəz etmək fikrindədir? Rubensin maşının sazlanmasında böyük təcrübəsi var, Həmiltonda isə bu yoxdur. Rubensin cari maşının təkmilləşdirilməsində böyük təcrübəsi var, Lyuisdə isə bu da yoxdur. Mövsümün gedişində testlərə qadağanı nəzərə alsaq, Rossun bu təcrübəyə indi böyük ehtiyacı var.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*