Codemasters yeni Formula1 oyununu anons edib (video)

Formula1 simvolu ilə oyun buraxmaq icazəsi olan Codemasters şirkəti F1 Race Stars adlı yeni oyununu anons edib. Yeni oyun satışa […]

Formula1 simvolu ilə oyun buraxmaq icazəsi olan Codemasters şirkəti F1 Race Stars adlı yeni oyununu anons edib. Yeni oyun satışa bu ilin sonunda çıxarılacaq. F1 Race Stars-a heç bir yaş məhdudiyyəti qoyulmayıb, ona görə də realizmdən bir qədər kənardır. Əvvəlki oyunlarda olduğu kimi, F1 Race Stars-da bütün komandalar, sürücüləri və traslar təqdim olunub. Oyunda bir neçə yarış rejimi var, yarışı dörd nəfər bir anda bir ekranda oynaya bilər. F1 Race Stars-ın PC, Xbox 360 və PS3 platformalı versiyaları buraxılacaq.

Kris Qrey, F1 Race Stars-ın baş prodüseri: “Biz bütün Formula1 iştirakçılarını yeni şən yarış dünyasında təqdim etməyə şadıq. Biz dizaynerlər qarşısında vəzifə qoyduq – çempionat iştirakçılarını yeni formatda göstərməklə tam yeni oyun qurduq, bu oyunu yaşından asılı olmayaraq bütün Formula1 azarkeşləri dostları ilə birlikdə oynayacaqlar.

Biz çoxdan belə bir oyun qurmaq istəyirdik – belə bir oyun hələ olmayıb…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*