Codemasters şirkəti F1-2010-nun detallarını açıqlayıb (video)

Biz artıq yazmışdıq ki, sentyabrda mağazalarda yeni rəsmi oyun peyda olacaq – Formula1 çempionatının simulyatoru: F1-2010. Bu həftə Codemasters şirkətinin […]

Biz artıq yazmışdıq ki, sentyabrda mağazalarda yeni rəsmi oyun peyda olacaq – Formula1 çempionatının simulyatoru: F1-2010. Bu həftə Codemasters şirkətinin nümayəndələri Londonda mətbuat konfransı keçiriblər və maraqlı videoçarxla yanaşı gələcək oyunun bəzi detallarını da açıqlayıblar…

Codemasters’ Ego mexanizmi üzərində qurulmuş oyun müxtəlif məchullardan istifadə etməyə, sazlanmalarla aktiv işləməyə, o cümlədən yağışlı hava üçün, uzun məsafədə təkərlərin yeyilməsini imitasiya etməyə imkan verəcək. Görüntünün keyfiyyəti də artacaq – oyun HD formatında hazırlanacaq, reallıq üçün şirkət komandaların əsil pit-stoplarını çəkib, yağışlı havanın imitasiyası isə trasda suyun miqdarını da dəyişməyə imkan verəcək.

Oyun bir neçə formatda buraxılacaq – Xbox360, PC və PlayStation3 üçün, texniki məsləhətçi rolunu isə Minardi, BAR və Super Aguri komandalarının keçmiş sürücüsü Əntoni Dəvidson oynayıb…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*