Çin Qran Prisi: İkinci sərbəst yürüşlər

Quru. Günəşli. Havanın temperaturu +15°-16° C, trasın temperaturu +32°-34° C Nahardan sonra komandalar sazlanmaların axtarışına və uzun dövrələr seriyasında hər […]

Quru. Günəşli. Havanın temperaturu +15°-16° C, trasın temperaturu +32°-34° C

Nahardan sonra komandalar sazlanmaların axtarışına və uzun dövrələr seriyasında hər iki təkər tərkibinin işini qiymətləndirməyə davam ediblər. Sürücülərin çoxu əylənmədə, xüsusən də ən uzun düzlüyün sonundakı 14-cü döngənin girişindəki əylənmə zamanı stabilliyin olmamasından gileyləniblər.

Sessiyanın əvvəlində Fettel 4-cü döngənin çıxışında fırlanıb, amma ciddi insident yaşanmayıb. Sessiyanın ortasında Massa əyləc problemi üzündən tarsdan çıxıb – maşının təxliyyəsi üçün qırmızı bayraqlar dalğalanıb.

Pit-leynin çıxışında Kvyatın maşınında arxa əyləclər tüstülənib, komanda ondan xahiş edib ki, aşağı sürətlə boksa qayıtsın, amma uzun düzlüyün sonunda əyləclər tam imtina ediblər və Daniil trasdan çıxıb.

Səhər olduğu kimi yenə də protokollara Lyuis Həmilton başçılıq edib – 1:37.219, f-1.az xatırladır ki, sabah səhər məşqlər davam edəcək…

Nəticələr belə olub:

Yer Pilot Komanda Motor Vaxt Fərq Dövrə
01 L.Həmilton Mercedes AMG Mercedes 1:37.219 32
02 K.Rəykkönen Ferrari Ferrari 1:37.662 + 0.443 35
03 D.Rikkardo Red Bull Renault 1:38.311 + 1.092 24
04 S.Fettel Ferrari Ferrari 1:38.339 + 1.120 30
05 N.Rosberq Mercedes AMG Mercedes 1:38.399 + 1.180 35
06 D.Kvyat Red Bull Renault 1:38.737 + 1.518 10
07 V.Bottas Williams Mercedes 1:38.850 + 1.631 27
08 F.Nasr Sauber Ferrari 1:39.032 + 1.813 26
09 R.Qrojan Lotus Mercedes 1:39.142 + 1.923 32
10 C.Batton McLaren Honda 1:39.275 + 2.056 29
11 P.Maldonado Lotus Mercedes 1:39.444 + 2.225 30
12 F.Alonso McLaren Honda 1:39.743 + 2.524 27
13 M.Erikson Sauber Ferrari 1:39.751 + 2.532 33
14 M.Ferstappen Toro Rosso Renault 1:39.894 + 2.675 32
15 K.Sayns Toro Rosso Renault 1:39.971 + 2.752 28
16 N.Hülkenberq Force İndia Mercedes 1:40.151 + 2.932 28
17 F.Massa Williams Mercedes 1:40.423 + 3.204 7
18 S.Peres Force İndia Mercedes 1:40.868 + 3.649 24
19 R.Merhi Manor Ferrari 1:42.973 + 5.754 27
20 U.Stivens Manor Ferrari 1:44.564 + 7.345 8
, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Çin Qran Prisi: İkinci sərbəst yürüşlər

Quru. Günəşli. Havanın temperaturu +22°-23° C, trasın temperaturu +32°-35° C Nahardan sonra tozlu trasın vəziyyəti bir qədər yaxşılaşıb, amma Çin […]

Quru. Günəşli. Havanın temperaturu +22°-23° C, trasın temperaturu +32°-35° C

Nahardan sonra tozlu trasın vəziyyəti bir qədər yaxşılaşıb, amma Çin Qran Prisi çərçivəsində dəstək yarışları demək olar ki, olmadığı üçün asfaltla ilişmə elə də artmayıb. Komandalar sazlanmaların axtarışı və iki təkər tərkibinin effektliyinin qiymətləndirilməsi üzrə səhər başladıqları işlərini davam etdiriblər.

Səhər birinci sessiyanın sonunda Serxio Peres kiçik insident yaşamışdı, nahardan sonra da meksikalı sürücü qəzaya uğrayıb – 8-ci döngənin çıxışında McLaren sürücüsü maşını trasda saxlaya bilməyib – maşın çınqıllı zonanı keçərək təkərlərdən qurulmuş divara çırpılıb. Çilton və Bottas problemlərlə üzləşiblər – Valtteri sessiyanın sonunda trasa qayıda bilib, Maks isə trasa qayıtdığı elə birinci dövrədəcə maşını dayandırıb.

Təkərlərin yeyilməsi yenə də yüksək olub, xüsusən də yumşaq tərkibin – uzun yarış məsafəsində təkərlər effektliyini tez itirib. Protokollara isə Felipe Massa başçılıq edib – 1:35.340.

Nəticələr belə olub:

Yer Pilot Komanda Motor Vaxt Fərq Dövrə
01 F.Massa Ferrari Ferrari 1:35.340 32
02 K.Rəykkönen Lotus Renault 1:35.492 + 0.152 32
03 F.Alonso Ferrari Ferrari 1:35.755 + 0.415 30
04 N.Rosberq Mercedes AMG Mercedes 1:35.819 + 0.479 35
05 M.Uebber Red Bull Renault 1:36.092 + 0.752 31
06 C.Batton McLaren Mercedes 1:36.432 + 1.092 29
07 L.Həmilton Mercedes AMG Mercedes 1:36.496 + 1.156 39
08 A.Sutil Force İndia Mercedes 1:36.514 + 1.174 32
09 P.di Resta Force İndia Mercedes 1:36.595 + 1.255 33
10 S.Fettel Red Bull Renault 1:36.791 + 1.451 27
11 S.Peres McLaren Mercedes 1:36.940 + 1.600 16
12 R.Qrojan Lotus Renault 1:36.963 + 1.623 31
13 E.Qutyerres Sauber Ferrari 1:37.103 + 1.763 22
14 D.Rikkardo Toro Rosso Ferrari 1:37.206 + 1.866 39
15 J.E.Vern Toro Rosso Ferrari 1:38.127 + 2.787 34
16 V.Bottas Williams Renault 1:38.185 + 2.845 18
17 N.Hülkenberq Sauber Ferrari 1:38.211 + 2.871 32
18 P.Maldonado Williams Renault 1:38.276 + 2.936 34
19 J.Byanki Marussia Cosworth 1:38.725 + 3.385 29
20 Q.van der Qarde Caterham Renault 1:39.271 + 3.931 21
21 Ş.Pik Caterham Renault 1:39.814 + 4.474 27
22 M.Çilton Marussia Cosworth 1:43.227 + 7.887 5
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Çin Qran Prisi: İkinci sərbəst yürüşlər

Quru. Buludlu. Havanın temperaturu +26° C, trasın temperaturu +32° C Sebastyan Fettel Şanxayda nahardan sonra da ən sürətli sürücü olub. […]

Quru. Buludlu. Havanın temperaturu +26° C, trasın temperaturu +32° C

Sebastyan Fettel Şanxayda nahardan sonra da ən sürətli sürücü olub. Amma bu dəfə onun rəqibləri üzərindəki üstünlüyü böyük olmayıb – McLaren və Mercedes GP sürücüləri Fettelə çox yaxınlaşıblar.

Red Bull bu dəfə sessiyaya uzun dövrələr seriyası ilə başlayıb, almaniyalı sürücü sonra sıralanma turu rejimində işə keçib, amma onun avstraliyalı komanda yoldaşı öz proqramı üzrə işini davam etdirib.

Nik Haydfeld yenə də qəzaya uğrayıb – bu dəfə 1-ci döngədə trasdan çıxıb, çınqıllı zonanı keçib, baryerə dəyib, amma trasa qayıda bilib. Pol di Resta boksu heç tərk etməyib, Liutsi isə sessiyanın sonunda cəmi bir neçə dövrə vura bilib, Timo Qlok da sessiyanın böyük hissəsini boksda dincəlib. Fernando Alonsonun maşınında isə arxa antiqanadın hərəkətli elementinin işini bərpa etmək mümükün olmayıb və ispaniyalı sürücü sistemsiz işləyib…

Nəticələr belə olub:

Yer Pilot Komanda Motor Vaxt Fərq Dövrə
01 S.Fettel Red Bull Renault 1:37.688 34
02 L.Həmilton McLaren Mercedes 1:37.854 + 0.166 22
03 C.Batton McLaren Mercedes 1:37.935 + 0.247 31
04 N.Rosberq Mercedes GP Mercedes 1:37.943 + 0.255 34
05 M.Şumaher Mercedes GP Mercedes 1:38.105 + 0.417 29
06 F.Massa Ferrari Ferrari 1:38.507 + 0.819 36
07 A.Sutil Force İndia Mercedes 1:38.735 + 1.047 35
08 N.Haydfeld Lotus Renault GP Renault 1:38.805 + 1.117 26
09 V.Petrov Lotus Renault GP Renault 1:38.859 + 1.171 31
10 M.Uebber Red Bull Renault 1:39.327 + 1.639 33
11 K.Kobayaşi Sauber Ferrari 1:39.538 + 1.850 33
12 P.Maldonado Williams Cosworth 1:39.667 + 1.979 37
13 S.Buemi Toro Rosso Ferrari 1:39.771 + 2.083 18
14 F.Alonso Ferrari Ferrari 1:39.779 + 2.091 17
15 X.Algersuari Toro Rosso Ferrari 1:39.828 + 2.140 25
16 R.Barrikello Williams Cosworth 1:39.925 + 2.237 32
17 S.Peres Sauber Ferrari 1:39.953 + 2.265 30
18 H.Kovalaynen Team Lotus Renault 1:40.476 + 2.788 30
19 Y.Trulli Team Lotus Renault 1:41.482 + 3.794 32
20 N.Kartikeyan Hispania Cosworth 1:42.902 + 5.214 25
21 V.Liutsi Hispania Cosworth 1:43.850 + 6.162 3
22 J.D’Ambrozio Marussia Virgin Cosworth 1:44.008 + 6.320 35
23 T.Qlok Marussia Virgin Cosworth 1:44.747 + 7.059 12
24 P.di Resta Force İndia Mercedes

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*