21 Avqust 2019, Çərşənbə - 13:37

F.Massa: “Hələ rəsmi bir şey yoxdur”

F.Massa: “Hələ rəsmi bir şey yoxdur”

Müəllif: Elçin Zodorov, redaktor

14:29 - 22 Dekabr, 2016

Niko Rosberq karyerasını bitirdikdən sonra Mercedes AMG komandası onun yerinə Valtteri Bottası gətirmək istəyir.

Tərəflər arasında danışıqlar gedir və Massa geri qayıdacağı təqdirdə, Williams-ın Bottasın komandadan getməsinə icazə verəcəyi bildirilir.

F-1.az bir neçə gün əvvəl bildirmişdi ki, Massanın Williams ilə razılığa gəldiyi iddia olunur. Hazırda istirahətdə olan braziliyalı sürücü danışıqların davam etdiyini təkzib etməsə də, rəsmi razılığın olmadığını deyib: “Hazırda deyə biləcəyim bir şey yoxdur. Əlbəttə, hamının bu barədə danışdığını bilirəm, lakin mən indi istirahət üçün gəlmişəm və əlavə şayiələr yaratmaq istəmirəm. Yazılanların heç biri rəsmi məlumat deyil”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 270
Teqlər , , , ,
Paylaş

logo