Ç.Harli Dallara şassisi ilə maraqlanır?

Çempionatın iki yeni komandası – Virgin və Lotus komandaları testlərdə mövsümün debütünə hazırlaşırlar, amma hamıdan əvvəl iştirak üçün ərizə vermiş […]

Çempionatın iki yeni komandası – Virgin və Lotus komandaları testlərdə mövsümün debütünə hazırlaşırlar, amma hamıdan əvvəl iştirak üçün ərizə vermiş iki komanda – Campos və US F1 komandaları maliyyı problemlərini həll etməyə çalışırlar. Şayiələrə görə, Campos komandası ona şassi hazırlamış Dallara şirkəti ilə hesablaşa bilmir, US F1 komandası isə Cosworth motorlarını əldə edə bilmir – indiyə qədər maşının hazırlanamsında motorun çəkisinə və ölçüsünə bərabər əşyalardan istifadə olunub.

Dünən Campos komandası yeni sərmayədarın adını açıqlamalı idi, amma komandanın nümayəndələri heç bir şərh verməyiblər, qeyri-rəsmi məlumatlara görə komanda maraqlı kompromis üzrə danışıqlar aparır.

Şayiələrə görə, US F1 komandasının əsas sərmayədarı YouTube-un həmtəsisçisi və icraçı direktoru Çad Harli Dallara şirkəti ilə Campos üçün hazırlanmış şassinin alınması üzrə danışıqlar aparır. Söhbət 8 milyon Avrodan gedir, bu zaman maşın faktiki olaraq hazırdır, FİA-nın bütün krəş testlərini keçib, amma onun da motoru yoxdur, hərçənd Cosworth məsələnin əleyhinə olmayacaq – onlar daha bir komanda qazanacaqlar.

Çad Harlinin komandası Campos və US F1 komandalarından birinin lisenziyası ilə çıxış edə bilər, layihəyə Red Bull-un keçmiş texniki direktoru Günter Ştayner, Formula1-də böyük təcrübəsi olan Ceff Uillis və Kollin Kolles cəlb olunacaqıar. Əgər son nəticədə US F1-in sərmayədarı və Dallara-nın Campos üçün hazırladığı şassi çempionatın startına çıxa bilsə, onda digər vakansiya boş qalacaq və onu Serbiyanın Stefan GP komandası ala bilər.

Bu məsələnin sonu yaxın iki həftədə bəlli olacaq, mövsümün startına dörd həftə qalıb və indi hər bir gün bu üç komanda üçün böyük əhəmiyyət kəsb edir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*