C.Rassell: İtirəcək heç nəyimiz yox idi

Williams komandasının sürücüsü Corc Rassell Belçikada sıralanma turunda qazandığı nəticəyə görə xoşbəxtdir.

F-1.az xatırladır ki, britaniyalı sürücü yağışlı havada son anda poulu əldən verib və ikinci yeri tutub. Beləliklə, Williams komandası 2017-ci ilin İtaliya yarışından sonra ilk dəfə ilk cərgədən yarışa başlamış olacaq.

Corc Rassell: “Düzü, nə deyəcəyimi bilmirəm. Dünənki performansımızdan sonra bu gün ikinci sessiyaya çıxmaqla yaxşı iş gördüyümüzü düşünürdüm, amma indi ilk cərgədəyik. Məncə, uşaqlar yaxşı işlədilər. Doöru zamanda trasa çıxdıq və boliddə özümü yaxşı hiss edirdim. Sabah da yaxşı nəticə almağa çalışacağıq.

Son sessiyada itirəcək heç nəyim yox idi. Son sessiyaya qaldıq və əlimizdən gələni etdik. Son dövrə üçün maksimum mühərrik rejimini saxladıq. İndi isə çox xoşbəxtəm. Sabah çox vacib olacaq və bir neçə xal yığmalıyam. Sabah startda Ferstappenə hücum etməyə çalışacağam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*