N.Hülkenberq: “Altıncı yer möcüzəyə bərabərdir”

Renault komandasının sürücüsü Niko Hülkenberq bildirib ki, 6-cı yer onlar üçün əla nəticədir.

F-1.az xatırladır ki, almaniyalı sürücü yarışa 5-ci yerdən başlasa da, yarışın sonunda qazburaxma sistemindəki sızmaya görə finişə 6-cı yerdə çatıb. Beləliklə, Hülkenberq bu mövsüm İspaniya yarışından sonra ikinci dəfə 6-cı yeri tutub.

Niko Hülkenberq: “Britaniyadakı nəticəmizdən razıyıq. Altıncı yer komanda üçün böyük uğurdur. Sıralanma turunda yaxşı nəticə qazandıq və bunu yarışa əks etdirə bildik. Tempimiz güclü idi və Force İndia-ları qabaqlaya bildik. Bu müsbət haldır. Yarışın sonunda düzlüklərdə bir az vaxt itirdik. Buna görə də Daniel məni rahatlıqla ötdü. Amma daha sonra Sebastyan problem yaşadı və biz yüksəldik. Yaxşı nəticədir. Yeniliklər əla işlədi. Komandama görə sevinirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*